"Total" Rusiyadakı neft layihəsindən imtina edib

"Total" Rusiyadakı neft layihəsindən imtina edib "Total" şirkəti "LUKoil" ilə ortaq olduğu Xantı-Mansiysk bölgəsindəki neft yataqlarının işlənilməsi layihəsindən imtina edib
Energetika
25 İyun , 2015 18:04
Total Rusiyadakı neft layihəsindən imtina edib

Bakı. 25 iyun. REPORT.AZ/ Fransanın "Total" şirkəti Rusiyanın "LUKoil" şirkəti ilə ortaq olduğu Xantı-Mansiysk bölgəsindəki neft yataqlarının işlənilməsi layihəsindən imtina edib. "Report"un bildirdiyinə görə, bu xəbəri "Total"ın Rusiyadakı rəhbəri Jak de Buassezon açıqlayıb.

Onun sözlərinə görə, ortaqlığa davam etmək ancaq Rusiya dövləti və şirkətlərinə qarşı tətbiq olunan sanksiyalar bitdikdən sonra mümkün ola bilər.

"LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov "Kommersant" qəzetinə müsahibəsində bildirib ki, onun şirkəti fransız ortağına yatağın işlənilməsi üçün alınmasına sərf edilən 3 lisenziyanın haqqını kompensasiya etməyə hazırdır.

Daha öncə "Total" rusiyalı tərəfdaşı ilə ortaq olduğu "Ştokmanov" qaz yatağının işlənilməsi layihəsindən (payı 25%) çıxıb. Qeyd edək ki, Barents dənizində yerləşən bu qaz yatağının ehtiyatları 3,8 trln. kubmetr qaz və 37 mln. ton qaz kondensatı həcmində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi