“Total” Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır

“Total” Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “TOTAL Energies” şirkətinin Karbon neytrallığı və Avropa qitəsi üzrə aparıcı vitse-prezidenti Kristin Heyli və Qazaxıstan, Azərbaycan və Tacikistan üzrə regional rəhbəri, vitse-prezide
Energetika
15 Oktyabr , 2021 11:47
“Total” Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “TOTAL Energies” şirkətinin Karbon neytrallığı və Avropa qitəsi üzrə aparıcı vitse-prezidenti Kristin Heyli və Qazaxıstan, Azərbaycan və Tacikistan üzrə regional rəhbəri, vitse-prezidenti Piter Holdinqlə görüşüb.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, “SOCAR Tower”də keçirilmiş görüşdə iki şirkətin həyata keçirdiyi birgə layihələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər “Abşeron” layihəsi çərçivəsində görülən tikinti-quraşdırma işlərinin əhəmiyyətini vurğulayıb, fəaliyyətin səmərəliliyini artırmaq üçün görülən tədbirlərdən bəhs ediblər.

“TOTAL” şirkətinin Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlı olması bir daha nəzərə çatdırılmış, neft-qaz sektorunda daha sıx əməkdaşlığın təşkili məsələləri müzakirə olunub.

Xatırladaq ki, ''Abşeron'' perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında'' Saziş 27 fevral 2009-cu il tarixində imzalanıb. Layihənin operatoru ''SOCAR Absheron'' və ''TOTAL E&P Absheron'' törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (''Joined Operating Company Absheron Petroleum'') birgə müəssisəsidir. ''Abşeron'' qaz-kondensat yatağı Xəzər dənizində, ''Azəri-Çıraq-Günəşli'' yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir.

Son xəbərlər

Orphus sistemi