“Toshiba”nın maye qaz istehsalı müəssisəsi satılmayıb

“Toshiba”nın maye qaz istehsalı müəssisəsi satılmayıb “Toshiba Corporation”un ABŞ-dakı maye qaz istehsalı müəssisəsini satın almaq niyyətində olan Çinin “ENN Ecological Holdings” şirkəti bu sövdələşmədən vaz keçib.
Energetika
12 Aprel , 2019 14:16
“Toshiba”nın maye qaz istehsalı müəssisəsi satılmayıb

“Toshiba Corporation”un ABŞ-dakı maye qaz istehsalı müəssisəsini satın almaq niyyətində olan Çinin “ENN Ecological Holdings” şirkəti bu sövdələşmədən vaz keçib.

“Report” “Komersant”a istinadən xəbər verir ki, bu barədə “Toshiba”nın mətbuata açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, ”ENN Ecological”ın Direktorlar Şurası “Toshiba” şirkətinin ABŞ-da maye qaz biznesinə istiqamətlənən “Toshiba America LNG Corporatin” bölməsinin bütün səhmlərini şirkətə keçirməklə bağlı sazişi dayandırmaq qərarına gəlib. Bu addım sövdələşmənin əvvəllər nəzərdə tutulduğu kimi, mart ayının sonunadək yerinə tam yetirilməməsi, üstəlik onun qısa müddətdə tamamlanmasının qeyri-mümkünlüyü ilə izah olunur.

Qeyd edək ki, bu xəbər yayıldıqdan sonra “Toshiba”nın Tokio birjasındakı səhmləri 3,26 faiz ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi