Yuxarı

Tom Kloze: "Neftin qiymət artımı davam edəcək"

Bütün dünya diqqətini OPEC-in Vyana sammitinə yönəldib

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 27-də Vyanada (Avstriya) OPEC təşkilatı ölkələri, həmçinin quruma üzv olmayan Rusiyanın iştirakı ilə toplantı keçiriləcək. "Report"un məlumatına görə, iclasda son aylar dünya bazarında neftin qiymətinin ucuzlaşması, həmçinin ucuzlaşmanın qarşısının alınması üçün hasilatın azaldılması məsələləri əsas müzakirə mövzusu olacaq.

Hazırda dünya bazarında 1 barel neftin dəyərinin 80 dollar olması ABŞ-da digər yanacağın - təbii qazın da qiymətinin aşağı düşməsinə səbəb olub. Belə ki, rəsmi məlumatlara görə, artıq ABŞ-da 1 qalon (3,785 litr) qazın qiyməti 3 dollara düşüb. Bir həftə öncə isə qiymət 3,41 dollar olub.

OPEC-in fəaliyyətini yaxından izləyən avropalı ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı əsas rəqibi hesab edilən İranı sıxışdırmaq üçün hasilatın azaldılması təklifi ilə çıxış edəcək.

İnvestorlar isə pərakəndə satışda qiymətlərin yüksəldiyini açıqlayıblar. Belə ki, ötən ay qaz yanacaqdoldurma məntəqələrində qiymətlər 20% bahalaşıb. Amma "Marathon" petrol şirkəti isə bu rəqəmin 14% civarında olduğunu qeyd edib.

Neft Qiymələri İnformasiya Mərkəzinin (Oil Price Information Center) rəhbəri Tom Kloze isə hesab edir ki, qiymət artımı davam edəcək və bu, tezliklə xoş xəbərlərə səbəb olacaq.

Dünya bazarında neftin qiymətinin bahalaşması ilə bağlı OPEC-də fikir ayrılığı mövcuddur. Belə ki, bəzi üzv ölkələr qiymətlərin bahalaşmasının təzəcə neft ixrac etməyə başlayan ABŞ-ın qərarından asılı olmasını düşünür. Onların fikrincə, bunun üçün ABŞ ya hasilatı azaltmalı, ya da tamamilə dayandırmalıdır.

Bəzi mənbələr isə neftin qiymətinin qalxması üçün hec-fondların da fəaliyyətini aktivləşdirməli olduğunu deyir. "S&P Capital IQ"-nün açıqladığı son statistikaya görə, sonuncu rübdə ilk 10-luqda qərarlaşan fond birjaları ümumilikdə 4,4 mlrd. dollar vəsait xərcləyiblər.

"S&P Capital IQ"-nün analitiki Pavel Sabik (Pavle Sabic) hesab edir ki, enerji məhsullarının qiyməti uzun müddət bahalaşmasa, xərclənən vəsaitlər bata bilər.

Dünya bazarında neftin qiymətinin ucuzlaşması iki neft nəhənginin birləməsinə gətirib çıxarıb. Ümumi dəyəri 35 mlrd. dollar olan müqaviləyə əsasən, "Halliburton" şirkəti məşhur "Baker Hughes"i alıb. Bu ayın statistikasına görə, "Baker Hughes" daha 25% genişləndiyi təqdirdə, "Halliburton"da 8% daralma müşahidə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi