Sloveniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyir.
“Report” xəbər verir ki, bunu Sloveniya Respublikası ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Sersen bu gün keçirilən Bakı Enerji Forumunun I günündə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq" mövzusunda plenar müzakirələrdə deyib.
“Azərbaycan təkcə Avropa İttifaqının deyil, Sloveniyanın da mühüm tərəfdaşıdır. Aİ-də istehlak edilən təbii qazın 1 %-i Sloveniyanın payına düşür. Rusiya qazından asılıyıq, lakin yeni reallıqda məqsədimiz yeni tərəfdaşlar tapmaq və qaz təchizatı mənbələrini şaxələndirməkdir”, - o vurğulayıb.
Nazir müavini Azərbaycanla uğurlu əməkdaşlığın Sloveniyanın enerji təhlükəsizliyini gücləndirəcəyinə əminliyini ifadə edib.