Tibetdə dünyanın ən hündür elektrik xəttinin tikintisi başa çatıb

Tibetdə dünyanın ən hündür elektrik xəttinin tikintisi başa çatıb Bakı. 27 noyabr. REPORT.AZ/ Çində bəzi hissələri dəniz səviyyəsindən 5300 metr yüksəklikdə yerləşən dünyanın ən hündür yerində olan elektrik ötürücü xəttinin tikintisi başa çatıb.
Energetika
27 Noyabr , 2018 12:23
Tibetdə dünyanın ən hündür elektrik xəttinin tikintisi başa çatıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Çində bəzi hissələri dəniz səviyyəsindən 5300 metr yüksəklikdə yerləşən dünyanın ən hündür yerində olan elektrik ötürücü xəttinin tikintisi başa çatıb.

"Report" "China Daily"yə istinadən xəbər verir ki, naqillərin çəkilişinə noyabrın 23-də tam yekun vurulub.

Bu obyekt ekoloji cəhətdən təmiz və Tibet Muxtar Vilayətinin ərazisində tikilib.

Obyektin 16,2 milyard yuan (2,3 milyard dollar) dəyəri var və ümumi uzunluğu 2,7 min km-dən çoxdur. Onun inşaasına 2017-ci ilin aprelində başlanılıb və il yarım ərzində çox çətin şəraitdə işlər aparılıb.

Yeni xətt sayəsində Nyinqçi və Lhasu şəhərləri elektrik enerjisi ilə təchiz olunacaq. Bu elektrik enerjisi ilə həmçinin Tibetdən keçəcək yeni bir dəmir yolu xətti də təchiz olunacaq.

Son xəbərlər

Orphus sistemi