"The Wall Street Journal" neftin bahalaşacağını proqnozlaşdırır

"The Wall Street Journal" neftin bahalaşacağını proqnozlaşdırır Neftin qiyməti bu il 60 dollar/barel həddini keçəcək
Energetika
31 Yanvar , 2017 14:59
The Wall Street Journal neftin bahalaşacağını proqnozlaşdırır

Bakı. 31 yanvar. REPORT.AZ/ Çoxsaylı bazar risklərinə baxmayaraq, OPEC-in təklifi azaltmasının verdiyi müsbət effekt son 5 ayda ilk dəfə neft qiymətlərinin yüksələcəyi barədə proqnozların yaranmasına səbəb olub. "Report" xəbər verir ki, ABŞ-ın "The Wall Street Journal" qəzeti analitiklər arasında bununla bağlı sorğu aparıb. 

Sorğuya görə, analitiklər "Brent" markalı neftin 2017-ci il üçün orta qiymətlə bağlı proqnozunu dekabrdakı 55 dollar/bareldən hazırda 56 dollar/barelə yüksəldiblər. 

Ekspertlər neft bazarında təklifin azalması sayəsində tarazlığın əldə olunacağını bildirirlər. Qəzetin keçirdiyi sorğuda respondentlər "Brent" markalı neftin qiymətinin il ərzində 60 dollar/bareli bir qədər keçəcəyini gözlədiklərini açıqlayıblar. 

Son xəbərlər

Orphus sistemi