Təzəgül Toyqulıyeva: “Yeni bərələrin inşası Türkmənbaşı-Ələt limanı marşrutu ilə neft və neft məhsullarının daşınmasını artıracaq"

Təzəgül Toyqulıyeva: “Yeni bərələrin inşası Türkmənbaşı-Ələt limanı marşrutu ilə neft və neft məhsullarının daşınmasını artıracaq" 2025-ci ilin yanvar-mart aylarında Türkmənistandan 600 073 ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 120 % çoxdur.
Energetika
24 aprel 2025 13:44
Təzəgül Toyqulıyeva: “Yeni bərələrin inşası Türkmənbaşı-Ələt limanı marşrutu ilə neft və neft məhsullarının daşınmasını artıracaq

2025-ci ilin yanvar-mart aylarında Türkmənistandan 600 073 ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 120 % çoxdur.

Bu barədə “Report”a Türkmənistanın "Dəniz ticarət donanması" QSC-nin kommersiya şöbəsinin rəhbəri Təzəgül Toyqulıyeva məlumat verib.

Onun sözlərinə görə, bu həcmin 95 %-i Bakı limanından keçib və daşımaların əsas hissəsini - təxminən 70 %-ni neft və neft məhsulları təşkil edib.

"Türkmənistan donanması milli dəniz daşıyıcısı olaraq Xəzər dənizi limanları, xüsusilə də Bakı limanı vasitəsilə daşımaları səmərəli şəkildə həyata keçirir.

"Bakı limanı ilə uzunmüddətli əməkdaşlıq proqramımız və ikitərəfli sazişimiz var. Neft və neft məhsulları da daxil olmaqla əsas yük axını məhz Azərbaycan limanlarından keçir. Həmçinin tranzit yüklər də Türkmənbaşı limanı vasitəsilə keçərək digər regionlara yönəlir", - T.Toyqulıyeva qeyd edib.

O bildirib ki, 2024-cü ildə daşımaların ümumi həcmi 2 milyon tondan çox olub ki, bunun da 90 %-i Bakı limanının payına düşüb. Bu həcmin 273 min tonunu idxal təşkil edib, ixrac isə 1,77 milyon tonu ötüb.

T.Toyqulıyeva həmçinin deyib ki, dəniz logistikasının genişləndirilməsi çərçivəsində Türkmənistan donanması Xəzərdə yeni marşrutlar vasitəsilə Qara dəniz akvatoriyasına çıxmağı planlaşdırır: "Bu məqsədlə quru yük gəmiləri və universal bərələr də daxil olmaqla müxtəlif tipli gəmilərin tikintisi proqramı həyata keçirilir".

Onun sözlərinə görə, hazırda Türkmənbaşı - Ələt limanı marşrutu üzrə iki bərə hərəkət edir və artıq tranzit və ixrac-idxal yüklərinin daşınmasında öz səmərəliliyini sübut edib.

"Əlavə olaraq avtomobil və dəmir yolu vaqonlarını daşıya bilən “RoPax” tipli iki bərənin tikintisi planlaşdırılır. Bu, iki liman arasında neft və neft məhsullarının daşınma həcmini artırmağa imkan verəcək. Həmçinin Balkan gəmiqayırma zavodunda 6 min ton yükgötürmə qabiliyyətinə malik quru yük gəmilərinin tikintisinə başlanılıb – bu cür iki gəminin istehsalı planlaşdırılır. Bu, yerli gəmiqayırmanın inkişafı üçün stimul olacaq", - şöbə rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi