Teymur Cəfərov: "İlk olaraq Ağdam və Şuşa qazlaşdırılacaq"

Teymur Cəfərov: "İlk olaraq Ağdam və Şuşa qazlaşdırılacaq" “İşğaldan azad olunan ərazilərdə qaz sayğacları quraşdırıldıqdan sonra sözsüz ki, abunəçilərə müəyyən kodlar veriləcək".
Energetika
28 Yanvar , 2022 12:07
Teymur Cəfərov: İlk olaraq Ağdam və Şuşa qazlaşdırılacaq

“İşğaldan azad olunan ərazilərdə qaz sayğacları quraşdırıldıqdan sonra sözsüz ki, abunəçilərə müəyyən kodlar veriləcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün təşkil olunan "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, bu, qazlaşma işi yekunlaşdıqdan sonra olacaq.

O qeyd edib ki, azad olunan ərazilərdə qazlaşma işi ilə əlaqədar hazırda yalnız layihələndirmə işləri görülür: "İlk olaraq Ağdam və Şuşanın qazlaşdırılmasından söhbət gedir.

Bundan başqa, işğaldan azad olunan əraizlərdən daxil olan zəngləri cavablandırmaq üçün də operatorlar ayrılacaq".

Son xəbərlər

Orphus sistemi