Teymur Abdullayev: “Azərbaycan İES"in ərazisində yeni inzibati bina, idarəetmə mərkəzi tikilir” - VİDEO

Teymur Abdullayev: “Azərbaycan İES"in ərazisində yeni inzibati bina, idarəetmə mərkəzi tikilir” - VİDEO “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin sərəncamı ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir, quruculuq abadlıq işləri aparılır”.
Energetika
10 May , 2019 16:19
Teymur Abdullayev: “Azərbaycan İESin ərazisində yeni inzibati bina, idarəetmə mərkəzi tikilir” - VİDEO

“Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin sərəncamı ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir, quruculuq abadlıq işləri aparılır”. 

Bunu “Report”a qurumun Mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda İES ərazisində yeni inzibati binanın tikintisi həyata keçirilir: "8 blokun turbinləri, qazanları, sexlər, laboratoriyalar, çənlər təmir edilib, izolyasiya olunub yenilənir. Burada yeni inzibati bina, idarəetmə mərkəzi, o cümlədən müxtəlif sexlər tikilir. İES-də yerləşən ölkənin ən böyük 500 kV-luq, eləcə də ötən ilin 3 iyulunda qəza baş verən 330 kV-luq açıq paylayıcı qurğuları, kompleks şəkildə yenilənir, təmir edilir. Bu günə qədər görülən işlər nəticəsində 6 saylı enerji blokunda 60 MVT, 7 saylı enerji blokunda isə 72 MVT itirilmiş güc bərpa edilib. Ümumilikdə, görülən işlər gələn il yekunlaşacaq, nəticədə isə stansiya üzrə 400 MVT-dan artıq itirilmiş güc bərpa olunacaq. Ən əsası isə “Azərbaycan” İES-də dayanıqlılıq və etibarlılıq təmin ediləcək”.

“XX əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin şəxsi iradəsi ilə tikilən Cənubi Qafqazın ən böyük İstilik Elektrik Stansiyası olan Mingəçevirdəki Azərbaycan “Azərbaycan” İES-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı ağacəkmə kampaniyası və başqa tədbirlər həyata keçirilib. Ağacəkmə kampaniyasında “Azərenerji”nin rəhbər işçiləri də daxil olmaqla yüzlərlə energetik iştirak edib, 3 minə qədər ağac, kol və güllər əkərək ulu öndəri anıblar”, - deyə T.Abullayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi