Texasdakı soyuq hava neft bazarını “qızdırdı”

Texasdakı soyuq hava neft bazarını “qızdırdı” ABŞ-ın cənubunda son günlər düşən şaxtalı və çovğunlu hava üzündən neft hasilatında yaranan fasilələr qiymətlərin artmasına gətirib çıxarıb
Energetika
17 Fevral , 2021 13:01
Texasdakı soyuq hava neft bazarını “qızdırdı”

ABŞ-ın cənubunda son günlər düşən şaxtalı və çovğunlu hava üzündən neft hasilatında yaranan fasilələr qiymətlərin artmasına gətirib çıxarıb. Eyni zamanda, OPEC+ formatı çərçivəsində hasilat məhdudiyyətlərinin aprel ayından sonra yumşalacağı gözləntiləri bu bahalaşmanı bir qədər ləngidib.

“Report” xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 10.50-yə olan vəziyyətə görə “Brent” markalı neftin aprel fyüçersləri 0,24 faiz bahalaşaraq 63,5 ABŞ dollarından, “” markalı neftin mart fyüçersləri də 0,1 faiz bahalaşaraq 60,11 dollardan satılıb.

Qeyd edək ki, ABŞ dollarının bahalaşması və OPEC+ formatı çərçivəsində hasilatın artması gözləntiləri nəticəsində səhər hərraclarında hər iki neft markasında ucuzlaşma nəzərə çarpırdı. “Reuters” xəbər verir ki, OPEC+-dəki mənbələrə görə qiymətlərdəki dirçəlməni nəzərə almaqla aprel ayından sonra tədarükdəki məhdudiyyətlərin böyük ehtimalla yumşaldılacaq. Belə ki, Səudiyyə Ərəbistanının öz təşəbbüsü ilə hasilatı əlavə olaraq gündə 1 milyon barel ixtisarının müddəti mart ayında başa çatır. Eyni zamanda, pandemiyaya qarşı tədbirlərlə bağlı yeni uğursuzluqlar baş verəcəyinə dair narahatlıq bu artımın cüzi olacağını şərtləndirir.

Martın 4-də OPEC+ Nazirlər Monitorinq Komitəsinin növbəti iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi