Temenujka Petkova: "Azərbaycan qazının tədarükü Bolqarıstan üçün böyük önəm kəsb edir"

Temenujka Petkova: "Azərbaycan qazının tədarükü Bolqarıstan üçün böyük önəm kəsb edir" Bakı. 7 noyabr. REPORT.AZ/ 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazının tədarükü Bolqarıstanın energetika sahəsində prioritetlərini həyata keçirməsi üçün böyük önəm kəsb edir.
Energetika
7 Noyabr , 2018 11:29
Temenujka Petkova: Azərbaycan qazının tədarükü Bolqarıstan üçün böyük önəm kəsb edir
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ "2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazının tədarükü Bolqarıstanın energetika sahəsində prioritetlərini həyata keçirməsi üçün böyük önəm kəsb edir".

"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Temenujka Petkova Sofiyada Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının açılışında bildirib.

T.Petkova indi həyata keçirilən və 2020-ci ildə istifadəyə veriləcək Yunanıstanla interkonnektorun vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan qazı Bolqarıstan istehlakının, təxminən, 30%-ni əhatə edəcək və bu, ölkənin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq.

Nazir qeyd edib ki, SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında mümkün iştirakı Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinin elementidir.

T.Petkova 2018-ci ilin əvvəlində açılan və ticarət əlaqələrinin gücləndirilməsində amil olan Bolqarıstanla Azərbaycan arasında birbaşa hava əlaqəsini də yüksək qiymətləndirib. O, 2017-ci ildə 2016-cı illə müqayisədə 38 faiz artan qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılması üçün geniş sahə olduğunu qeyd edib.

İclas çərçivəsində həmçinin kənd təsərrüfatı, qida sənayesi və turizm sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi