SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində müşavirə keçirilib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində müşavirə keçirilib İdarənin Əməyin mühafizəsi üzrə təlimçisinə “Təhlükəsiz idarəetmə” təlim kursuna dair sertifikat təqdim edilib
Energetika
11 Fevral , 2017 10:20
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində müşavirə keçirilib

Bakı.11 fevral.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində müşavirə keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, müşavirədə SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov, Kapital qoyuluşları idarəsinin rəisi Rüfət Səfərov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, “Kompleks Qazma İşləri” Trestinin müdiri İsgəndər Şirəli, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov və başqaları iştirak ediblər.

Tədbirdə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov qurumun fəaliyyəti haqqında məlumat verib, müvafiq təqdimat keçirib, videosüjet nümayiş etdirilib. SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov Şirkətin reallaşdırdığı regional əhəmiyyətli istehsal proseslərinin genişlənməsini nəzərə alaraq, qazma, hasilat, quyuların istismarı və əsaslı təmiri, eləcə də tikinti-quraşdırma işlərində və qaynaq əməliyyatlarında aparılan kadr hazırlığı layihələrindən danışıb. O bildirib ki, SOCAR-ın struktur bölmələri üzrə istehsalat obyektlərində çalışan işçi heyətinin səriştəliliyinin yüksəldilməsi və əməliyyat effektivliyinin artırılması üçün TTSİ-nin təlimçiləri tərəfindən müasir tələblər səviyyəsində keçirilən kursların istehsal proseslərinə inteqrasiyası mühüm rol oynayır. Müzakirə zamanı SOCAR-ın tabeliyindəki idarə və müəssisələrdə dinləyicilərin real istehsal proseslərinə bələd olmasına imkan yaratmaq məqsədilə onların təlimdən sonrakı fəaliyyətinin və əsas icra göstəricilərinin nəzərə alınması məqsədəuyğun hesab edilib. Y. Lətifov TTSİ-nin Əməyin mühafizəsi üzrə təlimçisi Fərid Əzizova Böyük Britaniyanın “Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (İOSH) “Təhlükəsiz idarəetmə” təlim kursuna dair sertifikatını təqdim edib.

Son xəbərlər

Orphus sistemi