Tələbatla bağlı nikbinlik neftin bahalaşmasına səbəb olub

Tələbatla bağlı nikbinlik neftin bahalaşmasına səbəb olub “OPEC+” monitorinq komitəsinin hasilat ixtisarını may-iyul aylarında da dəyişməz olaraq saxlamaq tövsiyəsi qiymət artımını dəstəkləyir
Energetika
29 Aprel , 2021 11:28
Tələbatla bağlı nikbinlik neftin bahalaşmasına səbəb olub

Dünya bazarında neftin qiyməti bu gün səhər saatlarında yüksəlib.

"Report" "Prime" agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil edilən “Brent” neftinin iyul fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:55-də 0,25% artaraq bir barel üçün 66,95 ABŞ dolları təşkil edib. Bu neft markasının iyun fyuçersləri isə 0,4% bahalaşıb və bir bareli 67,54 dollara satılıb.

Bu arada WTI neftinin iyun fyuçerslərinin qiyməti 0,27% artaraq bir barel üçün 64,03 dollar təşkil edib.

“COVID-19 pandemiyası davam edir, lakin ABŞ və Çinin dəstəyilə iqtisadiyyatın və neft tələbatının bərpası yerində durmur. Səyahətlərlə əlaqəli olaraq artan tələbat, pandemiyaya yaxın aylarda daha yaxşı nəzarət ediləcəyi halda Avropa və Şimali Amerikada artıma kömək edəcək”, – “IHS Markit” şirkətinin analitiki Viktor Şum (Victor Shum) deyib.

Koronavirusla bağlı vəziyyət neft bazarı üçün qeyri-müəyyənlik yaratmağa davam edir. Bir tərəfdən Hindistan və Yaponiyada pandemiya ilə bağlı vəziyyət hələ də naratlığa səbəb olur.

Lakin, eyni zamanda, “OPEC+” monitorinq komitəsinin hasilat ixtisarını may-iyul aylarında da dəyişməz olaraq saxlamaq tövsiyəsi qiymət artımını dəstəkləyir.

ABŞ energetika nazirliyinin aprelin 28-də dərc olunmuş statistikası da neft qiymətlərinə öz dəstəyini göstərir. Belə ki, ölkənin neft ehtiyatları gözlənildiyindən az – 0,1 milyon barel artıb (artım proqnozu 0,6 milyon barel idi). Hasilat isə 100 min barel azalaraq, sutkada 10,9 milyon barel təşkil edib.

Son xəbərlər

Orphus sistemi