​Tehranda İƏT ekspertlərinin toplantısı işinə başlayıb

​Tehranda İƏT ekspertlərinin toplantısı işinə başlayıb İƏT çərçivəsində enerji əməkdaşlığı məsələləri müzakirə ediləcək
Energetika
25 May , 2015 12:30
​Tehranda İƏT ekspertlərinin toplantısı işinə başlayıb

Bakı. 25 may. REPORT.AZ/ Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli ekspert qrupunun üçüncü iclası öz işinə başlayıb.

"Report" "Tehran Times"a istinadən xəbər verir ki, iki gün davam edəcək tədbirdə İƏT-in enerji və yanacaq üzrə Tədbirlər planına dair bəyannamə də daxil olmaqla, qurum çərçivəsində enerji sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür. 

Son xəbərlər

Orphus sistemi