Yuxarı
    Bağlamaq

    "Technol" Azərbaycanı Türkiyədə təmsil edəcək

    Şirkət yaxın zamanlarda Türkiyəyə ixraca başlayacaq

    Bakı. 16 mart. REPORT.AZ/ İstehsal etdiyi bütün məhsullarda “Made in Azerbaijan” devizini qürurla vurğulayan “Technol” şirkətinin mühərrik yağları Azərbaycanı Türkiyədə təmsil edəcək.

    “Technol”dan “Report”a verilən məlumata görə, şirkət 6-9 aprel 2017-ci il tarixlərində İstanbulda (Türkiyə) keçiriləcək avtomexanika sərgisində Azərbaycan üzrə yeganə təmsilçi olaraq iştirak edəcək.

    Sərgiyə dünyanın müxtəlif ölkələrindən olan avtomobil və mühərrik istehsalçıları, mühərrik yağları istehsalçıları qoşulacaq. Qafqazın və Azərbaycanın ilk müasir mühərrik yağları istehsalçısı olan “Technol” yaxın zamanlarda Azərbaycan markası olaraq Türkiyəyə ixraca başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi