Təbii qazın qiyməti 3 min dollara çata bilər

Təbii qazın qiyməti 3 min dollara çata bilər Dünyada təbii qaza olan tələbatın artmasından və təklifin azalmasından dolayı “mavi yanacağın” qiyməti min kubmetr üçün 3 min ABŞ dolları həddinə çata bilər.
Energetika
7 Oktyabr , 2021 13:12
Təbii qazın qiyməti 3 min dollara çata bilər

Dünyada təbii qaza olan tələbatın artmasından və təklifin azalmasından dolayı “mavi yanacağın” qiyməti min kubmetr üçün 3 min ABŞ dolları həddinə çata bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu qlobal neft bazarı üzrə mütəxəssis, Avropanın aparıcı biznes məktəbi “ESCP Eupore”in professoru Mamdux Hasan Salama deyib.

“Xüsusən Asiya-Sakit okean regionunda təbii qaza və sıxılmış təbii qaza (CNG) yüksək dərəcədə tələbin olması, həmçinin bütün dünya üzrə təklif çatışmazlığı həmin yanacaqların qiymətini yeni rekord həddlərə istiqamətləndirir. Vəziyyətin qeyri-sabit olması səbəbilə qiymətlərin maksimal həddini müəyyən etmək çox çətindir. Bu səbəbdən də təbii qazın qiymətləri min kubmetr üçün hətta 3 min ABŞ dollarına çata bilər. Qışın sərt keçəcəyi təqdirdə CNG-nin qiymətləri isə hətta 3,6 min ABŞ dollarına kimi arta bilər”, - ekspert qeyd edib.

Xatırladaq ki, bu gün ticarət gedişatında Avropada təbii qazın fyuçers qiyməti 24 % ucuzlaşaraq min kubmetr üçün 981,1 ABŞ dolları olub. Dünən isə təbii qazın qiyməti tarixi maksimumu yeniləyərək min kubmetr üçün 1 937 ABŞ dollarına çatdı.

Son xəbərlər

Orphus sistemi