Təbii qaz bazarında qiymətlər rekord həddə çatıb

Təbii qaz bazarında qiymətlər rekord həddə çatıb Dünya qaz bazarında qiymətlər 2018-ci ilin payızında qeydə alınan rekord səviyyəyə qalxıb
Energetika
8 Aprel , 2021 13:19
Təbii qaz bazarında qiymətlər rekord həddə çatıb

Dünya qaz bazarında qiymətlər 2018-ci ilin payızında qeydə alınan rekord səviyyəyə qalxıb.

“Report” “Komersant”a istinadən xəbər verir ki, ekspertlər bu meylin ilin sonunadək davam edəcəyini gözləyirlər.

Aprel ayının əvvəlinə olan vəziyyətə görə, Avropada qaz 250 USD/1000 kubmetr qiymətinə satılır. Ekspertlərin qənaətincə, bahalaşmanın əsas səbəbi yeraltı anbarlara böyük həcmdə qaz vurulması və nəticədə cari alış-verişdə təklifin azalmasıdır. Belə ki, Avropada yeraltı qaz anbarları fevral ayının sonundakı 29 faizə qarşı hazırda 31 faiz səviyyəsində doludur.

Dekabr – fevral ayları ərzində yeraltı anbarlardan 69 milyard kubmetr, yəni ötən ilin müvafiq dövrünə nisbətən 24 milyard kubmetr çox qaz çıxarılıb. Bu da qışın proqnozlara nisbətən daha soyuq keçməsilə əlaqədardır. Başqa mühüm amilin karbon tullantıları ilə bağlı ödəmələrinin artırılması nəticəsində bir çox sənaye müəssisələrində kömür əvəzinə qaz yanacağının tətbiqi olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi