Tbilisidə təbii qazın kommersiya tarifi artırılıb

Tbilisidə təbii qazın kommersiya tarifi artırılıb
Energetika
528
3 Yanvar , 2019 17:25
Tbilisidə təbii qazın kommersiya tarifi artırılıb

Tbilisi. 3 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə qeyri-yaşayış obyektləri üçün təbii qazın qiyməti bahalaşıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Tbilisini təbii qazla təmin edən “KazTransGas Tbilisi” şirkəti məlumat yayıb.

Kommersiya təşkilatları üçün təbii qazın tarifi ƏDV daxil olmaqla 1 kub metr üçün 86 tetri (0,32 dollar) müəyyən olunub. Yeni tarif bu ilin fevral ayının 4-dən etibarən qüvvəyə minəcək.

“KazTransGas Tbilisi” şirkəti təbii qazın qiymətinin artırılmasını son illər larinin dollara olan məzənnəsinin dəyişməsi ilə izah edib. Şirkətin dollarla aldığı təbii qazın dəyəri lari ilə ödənildiyinə görə, müəssisə xərclərin qarşılanmasında problemlərlə üzləşib.

Qeyd edək ki, hazırda Tbilisidə kommersiya təşkilatları üçün təbii qazın 1 kub metr üçün qiyməti 80,5 tetri (0,30 dollar) təşkil edir.