Tbilisidə qazın qiyməti artıb
Energetika
- 27 may, 2021
- 09:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın paytaxtı Tbilisini təbii qazla təmin edən “Tbilisi Energy” şirkətinin abunəçiləri üçün istehlak tarifi artırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası qəbul edib.
Qərara əsasən, hazırkı tarif 7,834 tetri artırılıb və ƏDV daxil olmaqla 53,972 tetri səviyyəsində müəyyən edilib.
İyunun 1-dən qüvvəyə minəcək yeni tarif 2022-ci ilin sonuna qədər qüvvədə olacaq.
“Tbilisi Energy” yaydığı bəyanatda tarif artımını aldığı qazı ucuz qiymətə satması ilə əlaqələndirib. Qeyd olunub ki, şirkət 34 tetriyə aldığı təbii qazı istehlakçılara 26 tetriyə satır.
Son xəbərlər
17:26
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Xarici siyasət
17:25
AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur"
Maliyyə
17:22
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Maliyyə
17:22
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub
Futbol
17:20
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb
Maliyyə
17:19
ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq
İnfrastruktur
17:16
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Fərdi
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə