Tbilisidə keçirilən hidroenergetika konfransında region ölkələrindəki AES-lərin bağlanması təklif edilib

Tbilisidə keçirilən hidroenergetika konfransında region ölkələrindəki AES-lərin bağlanması təklif edilib Tbilisi. 16 fevral. REPORT.AZ/ Azərbaycanda əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə son illər yeni su elektrik stansiyaları (SES) tikilib. Hazırda daha bir neçə layihə üzərində işlər davam etdirilir. Bu gün “Azərenerji” ASC-nin yerinə yetirdiyi işlər üzrə enerji sisteminin qoyuluş gücü 7 GVt təşkil edir. 
Energetika
16 Fevral , 2018 13:39
Tbilisidə keçirilən hidroenergetika konfransında region ölkələrindəki AES-lərin bağlanması təklif edilib

Tbilisi. 16 fevral. REPORT.AZ/ "Azərbaycanda əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə son illər yeni su elektrik stansiyaları (SES) tikilib. Hazırda daha bir neçə layihə üzərində işlər davam etdirilir. Bu gün “Azərenerji” ASC-nin yerinə yetirdiyi işlər üzrə enerji sisteminin qoyuluş gücü 7 GVt təşkil edir". 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə (Gürcüstan) keçirilən “Hodroenergetika: Xəzər dənizi və Mərkəzi Asiya – 2018” adlı beynəlxalq konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, “Azərenerji” ASC yanında "Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC-nin Hidrolayihə İdarəsinin baş mühəndisi Cəlaləddin Vəliyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif iqtisadi rayonları üzrə 6 kiçik SES-in tikintisi başa çatıb. Daha 3 SES-in tikintisi isə davam edir. Eyni zamanda, bir neçə çay üzərində kiçik SES-lərin tikintisi üzrə təhqiqat işləri aparılır. 

Natiq qeyd edib ki, Azərbaycanın enerji potensialı qonşu ölkələrlə enerji mübadiləsi və əməkdaşlığına da geniş imkanlar yaradır.

Konfransda iştirak edən İran, Gürcüstan, Türkiyə və Rusiyadan olan energetiklər də Azərbaycanın enerji potensialını yüksək qiymətləndiriblər. 

Qeyd edək ki, ötən gün işə başlamış və bu gün başa çatmış tədbirdə energetika sahəsində yeniliklər, iştirakçı ölkələrdə əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı, enerji təhlükəsizliyi, kiçik, orta və irihəcmli elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrinin yaradılması, elektrik enerjisi mübadiləsi və s. məsələlər müzakirə olunub. Konfrans çərçivəsində bəzi ölkələrdəki atom elektrik stansiyalarının yaratdığı problemlər də diqqət mərkəzində olub, bu cür stansiyaların bağlanması ilə bağlı təkliflər səslənib.

Tədbirdə Gürcüstan, Qazaxıstan, Rusiya, Azərbaycan, Türkiyə, Tacikistan, Qırğızıstan, Ermənistan, İranda iri və ortahəcmli SES-lərin tikintisi və modernləşdirilməsi ilə bağlı 40-a yaxın layihənin təqdimatı da olub. 

Son xəbərlər

Orphus sistemi