Tatarıstan Prezidenti ARDNŞ-nin ekspozisiyasına tamaşa edib
- 05 sentyabr, 2014
- 11:59
Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), o cümlədən “Azərkimya” şirkətinin nümayəndələri sentyabrın 3-də Kazanda başlayan Tatarıstan 2014-neft-qaz-kimya forumunda iştirak ediblər.
Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə forumla əlaqədar təşkil olunmuş 21-ci “Neft, Qaz, Neft-kimya” ixtisaslaşdırılmış beynəlxalq sərgi çərçivəsində Azərbaycan tərəfi ARDNŞ-nin ekspozisiyasını hazırlayıb.
Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyindən AzərTAc-a bildirilib ki, Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycanın ekspozisiyasına tamaşa edib. Prezident R.Minnixanova şirkətin əsas göstəriciləri, onun fəaliyyətinin mövcud və perspektivli istiqamətləri barədə məlumat verilib.