Yuxarı
    Bağlamaq

    Tatarıstan Prezidenti “STAR” zavodunda olub

    Tatarıstan SOCAR-ın təcrübəsindən yararlanmaq istəyir

    Bakı. 21 avqust. REPORT.AZ/ Tatarıstan Prezidenti Rüstəm Minnixanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşası davam edən "STAR" neft emalı zavoduna (NEZ) baş çəkib.

    “Report” bu barədə “SOCAR Turkey Enerji A.Ş”-yə istinadən xəbər verir.

    “Tatarıstan Prezidenti Rüstəm Minnixanov ölkəsində həyata keçirilməsi planlaşdırılan oxşar investisiya üçün “STAR” NEZ-i ziyarət edib”, - məlumatda qeyd olunub.

    Tatarıstan Prezidenti “SOCAR Turkey Enerji A.Ş”-nin baş direktoru Zaur Qəhrəmanov, “STAR Rafinery”nin baş direktoru Mesut İlter, “Petkim”in baş direktoru Anar Məmmədov ilə görüşərək inşası davam edən “STAR” zavodu ilə bağlı ən son məlumatları alıb.

    Qeyd edək ki, "STAR" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Burada ildə 4,7 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 mln. ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Zavodda, əsasən, “Ural”, "Azeri Light” və Kərkük neft növləri emal ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi