Yuxarı

​TAP Yunanıstan şirkəti ilə müqavilə imzalayıb

Konsorsium yunanlardan 270 min ton boru alacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi çərçivəsində TAP konsorsiumu "Corinth Pipeworks S.A." (Yunanıstan) şirkəti ilə yeni müqavilə imzalayıb. TAP-dan "Report"a daxil olan məlumata görə, şirkət layihə çərçivəsində Yunanıstan boyunca uzunluğu təxminən 495 km məsafədə inşaat işlərini borularla təmin edəcək. Müqavilədə təqribən 270 min ton borunun gətirilməsi nəzərdə tutulub.

TAP-ın baş direktoru Yan Bredşou (Ian Bradshaw) bildirib ki, bu mühüm layihədə "Corinth Pipeworks S.A." şirkəti ilə çalışacaqlarından məmnunluq duyur: "Mən "Corinth Pipeworks S.A." və onun tərəfdaşı " Marubeni Itochu Steel Inc." şirkətini etibarlı təkliflərinə, habelə yüksək sənaye standartlarına görə təbrik etmək istərdim. TAP şirkətlərin texniki üstünlükləri, sağlamlıq və təhülkəsizlik standartları kimi ən yaxşı beynəlxalq təcrübəsinə əsaslanaraq, sərt seçim prosesi keçirir".

Y.Bredşou yunan şirkətinin seçilməsini yüksək qiymətləndirir və hesab edir ki, bu, Yunanıstana uzunmüddətli əlavə investisiya və mənfəət qazandıracaq.

Qeyd edək ki, "Corinth Pipeworks S.A." şirkəti enerji və tikinti bazarında yüksək keyfiyyətli polad boru təminatçısıdır. Yunanıstanda yaradılan şirkətin bu ölkədən başqa ABŞ, Rusiya, Kipr və Polşada filialları mövcuddur. Şirkətin Yunanıstanda yerləşən zavodunun illik istehsal gücü 1 mln. ton təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi