​TAP kəmərinin tikintisi ərazisində tarixi əsər tapılıb

​TAP kəmərinin tikintisi ərazisində tarixi əsər tapılıb Tapılan sütun başlığı Albaniyanın aidiyyəti qurumuna təhvil verilib
Energetika
30 İyul , 2016 15:58
​TAP kəmərinin tikintisi ərazisində tarixi əsər tapılıb

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanda hasil olunan təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin ("TAP-AG") tikintisi layihəsi üzrə konsorsium Albaniyanın Skrapari ərazisində keçid yollarının bərpası zamanı arxeoloji tapıntı aşkar edib.

"Report" TAP-a istinadən xəbər verir ki, aşkar edilən əsər 40 sm ölçüdə çiçək motivləri ilə bəzədilmiş əhəngdaşından hazırlanan sütun başlığıdır. Onun vaxtilə regionun əhəmiyyətli dini abidəsinin bir parçası olduğu güman edilir.

TAP-ın mədəni irs üzrə ekspertlərinin ilkin qiymətləndirmələrinə görə, əsər VI əsrə aiddir və ilkin xristianlıq abidəsidir.

Qeyd olunub ki, TAP konsorsiumu boru kəməri marşrutu boyu mədəni irsin qorunması və saxlanılmasına çox həssaslıqla yanaşır. Mədəni irs üzrə mütəxəssislər və arxeoloqlar boru kəmərinin inşası müddətində aktiv şəkildə monitorinq işləri aparacaqlar. İşçilər və podratçılara arxeoloji əsərlər tapılarkən atacaqları addımlar barədə məlumat verilib və onlar təlimatlandırılıblar.

Tapılan sütun başlığı isə Albaniyanın aidiyyəti qurumuna təhvil verilib.

Son xəbərlər

Orphus sistemi