TAP ilə İtaliyaya Azərbaycan qazının nəqli 4 % artıb
- 08 may, 2023
- 08:10
Bu ilin mart ayında Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə İtaliyaya Azərbaycan qazının nəqli 4 % artıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, ixrac olunan qazın həcmi 898 milyon kubmetr təşkil edib.
Bu ilin birinci rübündə isə qaz tədarükünün həcmi 2 milyard 451 milyon kubmetr təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə çatıb.
Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.