TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 07 oktyabr, 2024
- 11:05
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 7-də qaz tədarükü üçün 370 milyon 333 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 6,1 % çoxdur.
Kipoi çıxış nöqtəsindən oktyabrın 8-dən 13-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, oktyabrın 1-nə olan sifariş həcmi ilə müqayisədə 2,6 %, oktyabrın 2-nə 2,8 %, oktyabrın 3-nə 4 %, oktyabrın 4-nə 5,5 % azdır. Oktyabrın 5-i və 6-nın göstəriciləri ilə müqayisədə isə eynidir.
Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 7-dən 13-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 7-də qaz tədarükü üçün 43 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin ilk gününün göstəricisi ilə 9,8 % azdır.
Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 8-dən 13-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 43 milyon 346 min 301 kVt/saat həcmində qeydə alınıb. Bu da ötən həftənin oktyabrın 1-dən 6-dək olan göstəriciləri ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 7-də 310 milyon 316 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 7,8 % çoxdur.
Oktyabrın 8-dən 13-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 1-nə olan sifariş həcmi ilə müqayisədə 4,9 % azdır.
Bu həcmlər oktyabrın 2-nə olan sifariş həcmləri ilə müqayisədə 5,1 %, oktyabrın 3-nə 6,6 %, oktyabrın 4-nə 8,3 %, oktyabrın 5-i və 6-na 12,4 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.