TAP Azərbaycandan İtaliyaya qaz tədarükü sifarişini artırıb
- 06 noyabr, 2023
- 06:56
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 6-da 327 milyon 236 min 315 kVt/saat həcmində sifarişlər edib.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, oktyabrın 30-dan noyabrın 5-dək olan qazın tədarükü göstəricisi ilə müqayisədə 0,39 % çoxdur.
Noyabrın 7-dən 12-nədək isə bu çıxış nöqtəsindən hər gün üçün 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər edilib ki, bu da daha əvvəlki həftənin göstəricisi ilə eynidir.
Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 6-da qaz tədarükü üçün 389 milyon 253 min 291 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin göstəricisi ilə müqayisədə 0,19 % azdır.
Bu çıxış nöqtəsindən noyabrın 7-dən 12-nədək hər gün üçün qaz tədarükü sifarişləri 341 milyon 019 min 866 kVt/saat təşkil edib. Bu, daha əvvəlki həftənin göstəricisi ilə müqayisədə eynidir.
Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 6-dan 12-nədək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də noyabrın 6-dan 12-nədək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.