Yuxarı
    Bağlamaq

    TAP-a xarici əlaqələr üzrə yeni direktor təyin olunub

    Ulrike Andres 2009-2011-ci illərdə Avropa LPG Assosiasiyasının prezidenti olub

    Bakı.20 sentyabr. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Trans Adriatik Boru Kəməri konsorsiumu - “TAP-AG”yə ticarət və xarici əlaqələr üzrə yeni direktor təyin olunub.

    “Report” TAP-a istinadən xəbər verir ki, yeni direktor Ulrike Andres neft və qaz sektorunda bir çox vəzifələrdə çalışıb.

    TAP-a təyin olunmazdan əvvəl isə o, xam nefti Avropanın 8 neft emal zavoduna nəql edən ən böyük boru kəməri şirkəti - “Transalpine Pipeline Group”da prezident və baş icraçı direktor vəzifəsində 5 ildən çox işləyib

    Bundan başqa, xanım U.Andres “Shell” və “SHV Holdings” şirkətlərindədə çalışıb. 

    O, həmçinin 2009-2011-ci illərdə Avropa LPG Assosiasiyasının prezidenti olub.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

    "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

    İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi