Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 7-də parlament seçkilərinin keçirildiyi Türkiyədə dövlət qurumları hələ fəaliyyətini normal qaydada davam etdirir. "Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib: "Əgər fəaliyyətimizin sonuna 1 saat, yaxud 1 ay qalsa, yenə də öz işimizi sonadək yerinə yetirəcəyik".
T.Yıldız birjalardakı qeyri-müəyyənlik nəticəsində "
Nazir Türkiyə ilə Rusiya arasında qaz idxalı sahəsində ("Türk axını" layihəsi çərçivəsində) əməkdaşlığa dair Bakıda keçiriləcək görüşlərə də münasibət bildirib: "Artıq təbii qazın qiyməti məsələsinin müzakirəsi bitib və Bakıda onun imzalanması məsələsi müzakirə ediləcək. Qiymətlər isə Rusiyanın bizə əvvəllər satdığı qazın qiymətindən 10,25% ucuz olacaq".
Xatırladaq ki, iyunun 13-də I Avropa Oyunlarının Açılış mərasimindən sonra Türkiyə və Rusiya prezidentləri Bakıda görüşəcəklər.