Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın Türkiyəyə təklif etdiyi təbii qazın qiyməti Rusiya xammalı ilə yanaşı daha ucuzdur. "Report" xəbər verir ki, bunu Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız deyib: "Müqavilə etibarilə Azərbayca qazına dair Rusiya təbii qazından daha ucuz anlaşma imzalanıb".
T.Yıldız "Şahdəniz" qazının Türkiyəyə çatdırılmasının daha real olduğunu açıqlayıb: "Şahdəniz" qazı Rusiya qazından daha uyğun qiymətədir. TANAP-ın yeni bir layihə olmasına baxmayaraq, reallıq dəyişməyib. Azərbaycanın təbii qazı Rusiya qazından daha ucuzdur".
Xatırladaq ki, bir müddət əvvəl KİV-də Rusiya qazının Azərbaycan qazından daha ucuz olması ilə bağlı fikirlər yer alıb.