TANAP Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək fəaliyyətini fasiləsiz davam etdirir

TANAP Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək fəaliyyətini fasiləsiz davam etdirir Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumu Türkiyədə baş verən zəlzələdən dərhal sonra fəlakətin əhatə olunduğu bölgəyə dəstək verməyə başlayıb.
Energetika
8 Fevral , 2023 13:44
TANAP Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək fəaliyyətini fasiləsiz davam etdirir

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumu Türkiyədə baş verən zəlzələdən dərhal sonra fəlakətin əhatə olunduğu bölgəyə dəstək verməyə başlayıb.

Bu barədə “Report” TANAP-a istinadən məlumat verib.

Bildirilib ki, TANAP bölgəyə veriləcək dəstək və ehtiyac təminatı üçün ictimai qurum və təşkilatlarla əlaqə və fəaliyyəti fasiləsiz olaraq davam etdirir.

Qurumun məlumatında deyilir ki, bununla əlaqədar olaraq, zəlzələ baş verən Hatay şəhərində 3 min nəfərə 10 gün boyunca gündə iki dəfə isti yemək imkanı təmin olunacaq. Həmçinin gündəlik 2 min ədəd qablaşdırılmış quru yeməklərlə təmin olunacaq.

Bundan başqa, Hataya 2 min ədəd uşaq və yeniyetmələr üçün adyal göndərilib. Həmçinin, zəlzələdən zərər çəkmiş 10 əyalətin hər birinə 1 TIR içməli su göndərilib.

Qeyd edilir ki, TANAP-a məxsus qar təmizləmə texnikası Adıyamanın Çelikhan kəndindən Malatyaya gedən bağlanmış yolunu təmizləmək üçün hazır vəziyyətə gətirilib.

“Bu çətin günlərdə hamımız birlikdə, əl-ələ verərək bu vəziyyətdən çıxacağımıza inanırıq. Millətimiz üçün keçmiş olsun”, - deyə TANAP-ın məlumatında deyilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi