TANAP-la indiyədək təqribən 8 mlrd kubmetr qaz nəql edilib

TANAP-la indiyədək təqribən 8 mlrd kubmetr qaz nəql edilib Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə 21 %-dən çox qaz ixrac edilib.
Energetika
21 Dekabr , 2020 14:48
TANAP-la indiyədək təqribən 8 mlrd kubmetr qaz nəql edilib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə 21,1 % çox, yəni 10 mlrd kubmetr qaz ixrac edilib

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 4,2 mlrd kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin dekabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 8 mlrd kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi