TANAP-la indiyədək 6,3 mlrd kubmetr qaz nəql edilib

TANAP-la indiyədək 6,3 mlrd kubmetr qaz nəql edilib Azərbaycandan Türkiyəyə 24% çox qaz ixrac edilib
Energetika
314
18 Avqust , 2020 16:06
TANAP-la indiyədək 6,3 mlrd kubmetr qaz nəql edilib
0 : 00
0 : 00

Cari ilin yanvar-iyul aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Azərbaycandan Türkiyəyə 24% çox, yəni 6,3 mlrd kubmetr qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

TANAP ilə Türkiyəyə bu müddətdə 2,4 mlrd kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin avqust ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,3 mlrd kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Orphus sistemi