​TANAP kəmərinin inşası üçün daha 1,5 mln. kv. metr torpaq sahəsi alınıb

​TANAP kəmərinin inşası üçün daha 1,5 mln. kv. metr torpaq sahəsi alınıb Bu torpaq sahələrinə görə təzminat bank hesabına köçürülüb
Energetika
27 İyun , 2016 15:04
​TANAP kəmərinin inşası üçün daha 1,5 mln. kv. metr torpaq sahəsi alınıb

Bakı. 27 iyun. REPORT.AZ/ Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üçün Türkiyənin Sivrihisar və Günyüzü vilayətlərində 1,5 mln. kv. metr torpaq sahəsi milliləşdirilib. 

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, torpaq sahiblərinin pulları “Ziraat Bank” Sivrihisar şöbəsinə yatırdılıb.

Məlumata görə, BOTAŞ şirkəti tərəfindən Sivrihisarın Paşakadın məhəlləsində 24 tarla sahəsi, Karakaya məhəlləsində 13, Kertek məhəlləsində 5, Yenice məhəlləsində 8, Yeniköy məhəlləsində 5, Günyüzü mahalının Beyyayla mahalləsində 1, Çardaközü məhəlləsində 3 sahənin milliləşdirilməsi əməliyyatı Sivrihisar Birinci İnstansiya Hüquq Məhkəməsi tərəfindən tamamlanıb.

Torpaq sahibləri 10 gün müddətində məhkəməyə milliləşdirmə haqları ilə əlaqədar müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi