TANAP-ın təməlqoyma mərasimi keçirilib

TANAP-ın təməlqoyma mərasimi keçirilib Tədbirdə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri iştirak ediblər
Energetika
488
17 Mart , 2015 17:20
TANAP-ın təməlqoyma mərasimi keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Qarsda (Türkiyə) Trans-Anadolu Qaz Kəmərinin (TANAP) inşası layihəsinin təməlqoyma mərasimi keçirilib.

"Report" "Hürriyet"in saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak ediblər.

Azərbaycanda hasil olunan təbii qaz Gürcüstandan keçərək Qarsın Səlim rayonundan başlayacaq bu boru xətti ilə Ədirnənin İpsal rayonundan Yunanıstana, sonra İtaliyaya və oradan da Avropaya daşınacaq.

Boru kəmərinin ümumi uzunluğu 1 841 km-dir. Layihənin dəyəri təxminən 10 mlrd. dollardır. Artıq 2018-ci ildə kəmərin istismara verilməsi nəzərdə tutulub, 2026-cı ildə isə kəmərlə 31 mlrd. kubmetr "mavi yanacağ"ın axıdılması planlaşdırılır.

Qeyd edək ki, bu layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 58%, Türkiyənin "Botaş" şirkətinin - 30%, BP şirkətinin payı isə 12 %-dir.

Son xəbərlər

Orphus sistemi