Yuxarı

TANAP-ın sonuncu hissəsinin inşasını həyata keçirəcək şirkət müəyyənləşib

Punj Lloyd-Limak birgə müəssisəsi 459 km-lik hissənin inşasını həyata keçirəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan təbii qazın Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəmərinin (TANAP) sonuncu hissəsini (Lot-4) həyata keçirəcək şirkət müəyyənləşib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "TANAP Doğal Gaz İletim A.Ş." tərəfindən "48 düym diametrli quru hissəsinin inşaat"ı üçün elan olunan tenderin qalibi "Punj Lloyd-Limak" birgə müəssisəsi olub.

Bununla bağlı "TANAP Doğal Gaz İletim A.Ş" və "Punj Lloyd-Limak" birgə müəssisəsi arasında saziş imzalanıb.

Birgə müəssisə TANAP-ın Əskişəhərdən başlayaraq Biləcik, Kütahya, Bursa, Balıqəsir, Çanaqqala, Təkirdağ və Ədirnə şəhərindən keçərək Türkiyə-Yunanıstan sərhədində Ədirnənin İpsala qəsəbəsində sona çatacaq 48 düymlük 459 km-lik hissəsinin inşasını həyata keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi