Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin lot-3 üzrə inşaat işləri dekabrın 25-də yekunlaşacaq.
“Report” xəbər verir ki, bu barədə lot-3 üzrə tenderin qalibi olan “Tekfen Holding”in 9 aylıq maliyyə hesabatında qeyd olunub.
Bildirilib ki, “Tekfen” 589,9 mln. ABŞ dolları həcmində müqavilədəki məbləğin 83%-ni əldə edib. Yəni, bu ilin oktyabr ayının əvvəlinə 100,2 mln. dollarlıq məbləğ qalıb.
Qeyd edək ki, lot-3 üzrə tenderin qalibi olan “Tekfen İnşaat”la müqavilə 2014-cü ilin sonunda imzalanıb. Müqaviləyə əsasən, “Tekfen” TANAP-ın 509 km hissəsini 36 ayda inşa edərək tamamlamalıdır.
“Tekfen”in qalib gəldiyi TANAP-ın kompressor və ölçü stansiyaları üzrə işlər isə 2019-cu il mayın 31-də tamamlanacaq. Müqavilənin dəyəri 461,488 mln. dollardır ki, hesabat dövrünə“Tekfen” 32,8%-ni istifadə edib.
Qeyd edək ki, 2016-cı ilin fevral ayında "