Yuxarı

​TANAP-ın işçiləri üçün 35 düşərgə salınacaq

Düşərgələrin hər biri 25 hektar ərazini əhatə edəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin inşasında çalışacaq personal və istifadə ediləcək vəsaitlər üçün düşərgə sahələri yaradılacaq. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, TANAP-ın uzanacağı 1 900 km-lik ərazidə ümumilikdə 30-35 düşərgə salınacaq ki, onların da hər biri 25 hektar ərazini əhatə edəcək və 500-ə qədər işçi orada yerləşə biləcək.

Xətt boyu hər birində 50 nəfərin çalışacağı 8 kompressor stansiyası quraşdırılacaq ki, onlardan biri xəttin giriş nöqtəsində olacaq. Həmçinin, boruların və inşaat prosesində istifadə ediləcək atomobillərin saxlanacağı və təmir ediləcəyi yerlər də ayrılacaq.

Qeyd edək ki, Avropa İnvestisiya Bankı (EIB) ümumi layihə dəyəri 8 mlrd. dollar olan TANAP-a 1 mlrd. avro kredit ayıracağını açıqlayıb.

Xatırladaq ki, TANAP-da Azərbaycan Dövlət Neft Şirkətiın (SOCAR) 58%, BOTAŞ-ın 30%, BP-nin isə 12% payı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi