Yuxarı

Tahir Cəfərov: "Qeyri-əhali qrupu istehlakçıları və ixracın hesabına tələbatı artırmalıyıq”

​Tahir Cəfərov: “Biz çalışamlıyıq ki, tələbatı qeyri-əhali qrupu isteh

403

© Reprot/ Firi Salim

Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. Belə ki, bu Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında öz əksini tapıb.

Beləliklə, elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır. Nəticədə əhali qrupu istehlakçıları ay ərzində istifadə etdikləri elektrik enerjisinin ilk 400 kVt-saatının hər kVt/saatına 7 qəpik ödəyəcəklər. Bu rəqəmdən çox istehlak həcminə isə 9 qəpik ödəniləcək.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “Azalternativenerji” MMC-nin baş energetiki  və AMEA-nın Fizika İnstitutunun işçisi Tahir Cəfərov “Report”a açıqlamasında atılan bu addımları alqışladığını qeyd edib.

T.Cəfərovun sözlərinə görə, beynəlxalq təcrübədən yararlanmaqla aztəminatlı ailələrin sosial vəziyyətini nəzərə alaraq müəyyən həcmə qədər elektrik enerjisinin əhaliyə satışını pulsuz etmək olar:

“Hesab edirəm ki, biz daha çox xarici təcrübəyə əsaslanıb limiti artırmaq yox, müəyyən həddə istifadəyə görə ödənişləri almamalıyıq. Xarici təcrübədə var ki, müəyyən limitə qədər istifadəyə görə insanlar elektrik enerjisinə görə ödəniş edilmir. Ondan sonrakı hədlərə görə isə müəyyən məbləğ müəyyən edilir. Yəni, bir sözlə, proqressiv tarif siyasəti tətbiq edilir. Hesab edirəm ki, bizdə də bunu etmək olar. Məsələn, 200 kVt/saata qədər elektrik enerjisi istifadəsinə görə, əhali qrupu abunəçilərindən ödəniş almamaq olar. 200-500 kVt/saat arası istifadəyə görə 7 qəpik, 500-1000 kVt/saat arasında  10 qəpik, 1000 kVt/saatdan artıq istifadə edənlər isə 20 qəpik ödəyə bilərlər. Hətta maksimum tarifi 30 qəpiyə qədər artırmaq da mümkündür”.

Energetik proqressiv qiymətləndirilmənin elektrik enerjisi istifadəsinin azalmasına və istehsalçının zərərinə olmasına da münasibət bildirib:

“Düzdür, bunun energetika sisteminə təsiri ola bilər. Belə ki, aidiyyəti qurumlar nə qədər çox satsa, bir o qədər çox gəlir götürür. Bu gəlirlə də qoyulan xərcləri çıxarırıq. Əsas məqsəd odur ki, verilən investisiyaları geri qaytaraq. Amma bizdə bu məsələləri də tənzimləmək olar. Belə ki, ölkəmizdə elektrik enerjisinə olan ümumi tələbatın 40-45%-i əhali qrupu istehlakçıların payına düşür. Biz çalışmalıyıq ki, tələbatı qeyri-əhali qrupu istehlakçılarının və ixracın hesabına artıraq. Əgər mən dediyim kimi tənzimlənsə, həm sosial baxımından əhəmiyyətli olar, həm də 10%-ə qədər yığımları artıra bilərik”.

T.Cəfərovun sözlərinə görə, pandemiya bitdikdən sonra qeyd edilən məsələlərlə bağlı hökumətə təkliflər vermək olar: “Koronavirus (COVID 19) pandemiyası ilə bağlı məsələlər bir qədər proseslərə mənfi təsir etdi. Yeni təyin edilən İqtisadiyyat naziri Mikayıl Cabbarov enerji məsələləri ilə bağlı çox yaxşı təklifləri var. Nazirin, həqiqətən də, çox ağıllı yanaşması mövcuddur. Hesab edirəm ki, biz də limit və tariflərlə bağlı müəyyən təkliflər irəli sürməliyik”.

“Report”un “Azərişıq” ASC-dən əldə etdiyi məlumata görə, hazırda mövcud olan 300 kVt/saatlıq limiti nəzərə alsaq, əhali qrupu abunəçilərinin 80%-i bu limiti ötmür. Yalnız 20%-ə qədər məişət abunəçisi qeyd edilən limiti aşır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi