Tacikistan Azərbaycandan neft koksu almağa başlayıb
- 17 iyun, 2022
- 05:39
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 10,764 milyon ABŞ dolları dəyərində 56 min 784 ton neft koksu göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 50,8 % çoxdur, kəmiyyət olaraq – 52,3 % azdır.
Hesabat dövründə Hindistana 6,551 milyon ABŞ dolları dəyərində 33 min 808 ton, Çinə 2,423 milyon ABŞ dolları dəyərində 12 min 756 ton, Rusiyaya 1,306 milyon ABŞ dolları dəyərində 7 min 677 ton, Ukraynaya 424,21 min ABŞ dolları dəyərində (mart-aprel aylarında tədarük olmayıb) 2 min 233 ton, Tacikistana 58,96 min ABŞ dolları dəyərində 310,32 ton məhsul satıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Hindistana ixrac müvafiq olaraq 4,5 dəfə və 40,2 % artıb, Çinə - 57,5 % artıb və 50,2 % azalıb, Rusiyaya – 68,8 % və 89 % azalıb. Ötən ilin ilk 4 ayı ərzində Ukraynaya tədarük olmayıb. İki il 3 aylıq fasilənin ardından Tacikistan Azərbaycandan neft koksu almağa başlayıb.