"Statoil"un zavodunda yanacaq istehsalı 2 dəfə azalıb

"Statoil"un zavodunda yanacaq istehsalı 2 dəfə azalıb Zərər görmüş 50 metr hündürlükdəki borunu dəyişdirmək mümkün olmayıb
Energetika
28 Dekabr , 2016 19:26
Statoilun zavodunda yanacaq istehsalı 2 dəfə azalıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Norveçin “Statoil” şirkətinin "Mongstad" neft emalı zavodunda benzin və dizel yanacağının istehsalı noyabr ayında baş verən sızma səbəbindən 50% azalıb.

“Report” xəbər verir ki, “Dagens Naeringsliv” nəşri son həftələrdə ölkənin qərb sahilində müşahidə olunan güclü külək zamanı zərər görmüş 50 metr hündürlükdəki borunu dəyişdirməyin mümkün olmadığını yazıb. Qeyd olunub ki, şirkət hələ də rəsmi olaraq hadisə və neft emalı zavodunda işlərin qismən dayandırılması barədə bazara məlumat verməyib.

Şirkətin nümayəndəsi Elin İsaksen bildirib ki, zavodun neft emalı qurğularından biri həqiqətən də işləmir. O, bu vəziyyətin istehsala və şirkətin maliyyə vəziyyətinə təsir etdiyini vurğulayıb.

Xatırladaq ki, 1975-ci ildə istifadəyə verilən Zavodun maksimal illik emal gücü 12 mln. tondur.

Son xəbərlər

Orphus sistemi