"Statoil" şirkətinin Azərbaycan üzrə meneceri Energetika Nazirliyində olub

"Statoil" şirkətinin Azərbaycan üzrə meneceri Energetika Nazirliyində olub F.Qureyşi Azərbaycanın təmsil etdiyi şirkət üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb
Energetika
13 Dekabr , 2017 14:34
Statoil şirkətinin Azərbaycan üzrə meneceri Energetika Nazirliyində olub

Bakı. 13 dekabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov “Statoil” şirkətinin Azərbaycan üzrə meneceri Favad Qureyşini qəbul edib. Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, F.Qureyşi Azərbaycanda 25 illik fəaliyyəti ərzində “Statoil” şirkəti ilə Energetika Nazirliyi arasında yüksək əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu deyib.

F.Qureyşi Azərbaycanın təmsil etdiyi şirkət üçün çox mühüm ölkələrdən biri olduğunu vurğulayıb. “Statoil”un "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində iştirakı, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin tərəfdaşlarından biri kimi fəaliyyəti və “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” kimi yataqların kəşfiyyatı ilə bağlı işlərə cəlbini uğurlu əməkdaşlığın töhfələri kimi qiymətləndirib. Şirkətin bu tərəfdaşlığın gələcəkdə də davam etdirilməsi və genişləndirilməsi niyyətində olduğunu bildirib.

Energetika naziri P.Şahbazov müstəqilliyin ilk illərindən “Statoil”un Azərbaycanın neft-qaz sektoruna cəlb olunaraq, qabaqcıl təcrübə, yeni texnologiyaların tətbiqi və sərmayə yatırımını əhatə edən fəaliyyətini yüksək qiymətləndirib. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Nazir bildirib ki, yeni yataqların kəşfiyyatı və işlənməsi ilə bağlı layihələr “Statoil”un hələ uzun müddət Azərbaycanın tərəfdaşı olmasını təmin edəcəkdir. P.Şahbazov bu şirkətin Azərbaycandakı fəaliyyətinə Energetika Nazirliyinin lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi