Yuxarı
    Bağlamaq

    "STAR" zavodu üçün 4,4 mlrd. dollar xərclənib

    Zaur Qəhrəmanov: Zavod gələn ilin sentyabrında məhsul satışına başlayacaq© Report.az

    Bakı. 31 may. REPORT.AZ/ İzmirin Petkim yarımadası (Türkiyə) ərazisində inşa olunan "STAR" neft emalı zavodu 2018-ci ilin sentyabr ayında istifadəyə veriləcək.

    "Report" xəbər verir ki, bu barədə SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey Enerji A.Ş."-nin baş direktoru Zaur Qəhrəmanov Bakıda jurnalistlərə bildirib.

    "STAR" zavodu üzrə işlər qrafikə uyğun olaraq davam edir. Layihə işləri demək olar ki, 90% yekunlaşıb. İyul ayından avadanlıqların sınaq işlərinə başlanacaq. Gələn ilin sentyabr ayında istehsal olunan məhsulların satışına başlanacaq", - deyə Z.Qəhrəmanov qeyd edib.

    Onun sözlərinə görə, "STAR" zavoduna indiyədək 4,4 mlrd. ABŞ dolları həcmində vəsait sərf olunub: "Layihə üçün cəlb edilən kreditlərin təxminən 2 mlrd. dolları istifadə olunub".

    Qeyd edək ki, "STAR" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Burada ildə 4,7 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 mln. ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Zavodda əsasən “Ural”, "Azeri Light” və “Kərkük” neft növləri emal ediləcək.

    "STAR" zavoduna tələb olunan xərclərin 3,3 mlrd. dolları layihə maliyyələşdirilməsi krediti, 2,4 mlrd. dolları Azərbaycan sərmayəsi ilə qarşılanmaqdadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi