STAR neft emalı zavodu dizel yanacağı istehsalını azaldıb

Energetika
  • 30 sentyabr, 2021
  • 11:25
STAR neft emalı zavodu dizel yanacağı istehsalını azaldıb

Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 521 min 814 ton dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, ötən ilin iyul ayı ilə müqayisədə 67 min 042 ton və ya 11,4 % azdır.

Ümumilikdə isə iyul ayında Türkiyədə neft emalı zavodları tərəfindən 1 milyon 490 min 361 ton dizel yanacağı istehsal edilib ki, bu da 2020-ci ilin iyul ayı ilə müqayisədə 111 min 342 ton və ya 6,95 % azdır.

Qeyd edək ki, STAR neft emalı zavodu 2020-ci ildə 588 min 856 ton dizel yanacağı istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 10 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.