STAR neft emalı zavodu aviayanacaq istehsalını azaldıb

Energetika
  • 31 yanvar, 2023
  • 08:26
STAR neft emalı zavodu aviayanacaq istehsalını azaldıb

2022-cü ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 30 min 591 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2021-ci ilin noyabr ayı ilə müqayisədə 7 min 315 ton və ya 19,3 % azdır.

Ümumilikdə isə noyabr ayında Türkiyədə neft emalı zavodları tərədindən 310 min 558 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edilib ki, bu da 2021-ci ilin noyabr ayı ilə müqayisədə 31 min 763 ton və ya 11,4 % azdır.

Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin oktyabr ayında 38 min 108 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti