“Standard & Poor's” “Azərenerji”nin kredit reytinqini təsdiqləyib

“Standard & Poor's” “Azərenerji”nin kredit reytinqini təsdiqləyib “Standard Poor's” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin kredit reytinqini yenidən BB/B səviyəsində təsdiqləyib.
Energetika
28 Oktyabr , 2020 11:47
“Standard & Poor's” “Azərenerji”nin kredit reytinqini təsdiqləyib

“Standard & Poor's” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin kredit reytinqini yenidən BB/B səviyəsində təsdiqləyib.

“Report” bu barədə Agentliyə istinadən xəbər verir.

Bununla belə, qurum reytinq üzrə proqnozunu "Sabit"dən "Mənfi"yə dəyişib.

“Standard & Poor's” hesab edir ki, “Azərenerji”nin suveren reytinqi üzrə risklərinin artması onun kredit ödəmə qabiliyyətinin də aşağı düşməsinə səbəb olur.

"Azərenerji" maliyyə problemi yaşayarsa hökumətin ona vaxtında və kifayət qədər əlavə dövlət dəstəyi göstərməsi ehtimalı olduqca yüksəkdir. Hazırda səhmdar cəmiyyətinin borclarının 85%-i birbaşa hökumətədir, qalan borc isə dövlət zəmanəti ilə xaricdən əldə edilib. Dövlət “Azərenejri”nin likvidlik probleminin həlli üçün dəstəyini davam etdirəcək. Maliyyə Nazirliyi bu qurumun borc faizlərinin ödənməsi, səhmdar inyeksiyaları, birbaşa aşağı faizli dövlət borcları və vergi güzəştləri ilə bağlı məsələlərini həll etmək üçün təcrübəyə malikdir. Ehtimal ki, bu dəstək 2020-2021-ci illərdə də davam edəcək. Hökumətin 2020-2021-ci illərdə “Azərenerji”nin borclarını və faiz ödənişlərini həyata keçirmək üçün kifayət qədər büdcə ayırdığını anlayışla qarşılayırıq”, - agentlik bəyan edib.

Son xəbərlər

Orphus sistemi