Yuxarı
    Bağlamaq

    Şri-Lankada keçmiş neft nazirinin cangüdənləri etirazçılara atəş açıb

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Şri-Lankada "Ceylon Petroleum Corporation" (CPC) neft-qaz şirkətinin binası qarşısında etirazlar zamanı baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.

    “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən yerli "Daily Mirror" nəşri yazıb.

    Bildirilir ki, hadisə Kolombo şəhərinin Demataqoda rayonunda qeydə alınıb.

    Etirazçılar ölkənin keçmiş neft ehtiyatları naziri Arcuna Ranatunqa gələn zaman bina qarşısına toplaşıblar. Polisin məlumatına görə, nazirin təhlükəsizlik xidmətinin əməkdaşları etirazçılara atəş açıblar.

    Üç zərərçəkmiş xəstəxanaya yerləşdirilib, biri sonradan keçinib. Bir təhlükəsizlik əməkdaşı saxlanılıb.

    Bundan əvvəl Çilinin Tyrera del Fueqo (Yanar torpaq) əyalətində Argentinanın YPF neft-qaz şirkətinə məxsus 720 min litrdən çox neft dağılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi