"SocTrade" şirkətinin direktoru: "SOCAR Ukraynada neft məhsullarının keyfiyyətini yoxlamaq üçün ən yaxşı avadanlıqlardan istifadə edir"

"SocTrade" şirkətinin direktoru: "SOCAR Ukraynada neft məhsullarının keyfiyyətini yoxlamaq üçün ən yaxşı avadanlıqlardan istifadə edir" Odessa vilayətindəki neft bazasında bütün başverənlərə və YDM-ə yola salınan məhsullara nəzarət həyata keçirilir
Energetika
17 Noyabr , 2016 11:21
SocTrade şirkətinin direktoru: SOCAR Ukraynada neft məhsullarının keyfiyyətini yoxlamaq üçün ən yaxşı avadanlıqlardan istifadə edir

Kiyev. 17 noyabr. REPORT.AZ/ "SOCAR-ın müştəriləri aldıqları məhsulun keyfiyyətinin ən yaxşı avadanlıqlardan istifadə edilməklə yoxlanmasından arxayın ola bilər".

Bunu "Report"a neft-qaz məhsullarının keyfiyyətinə nəzarət üçün laboratoriya avadanlıqlarının təchizatı üzrə ixtisaslaşan Ukrayna-İsveç şirkəti "SocTrade"in direktoru Aleksandr Pleve deyib.

A.Pleve bildirib ki, onun rəhbərlik etdiyi şirkət neft-qaz məhsullarının keyfiyyətinə nəzarət üçün laboratoriya avadanlıqlarının təchizatı ilə məşğul olur və bütün Ukrayna ərazisində stasionar və mobil laboratoriya təmin edə bilir: "Üç il bundan əvvəl şirkətimiz "SOCAR Energy Ukraine" üçün ilk dəfə avadanlıq tədarük etdi və bu əməkdaşlıq bu günə qədər davam edir. Biz qarşı tərəfə benzin və dizel yanacağının 40-dan çox keyfiyyət göstəricisini ölçə bilən Avstriya analizatoru təqdim etmişdik. İndi Odessa vilayətindəki neft bazasında bütün başverənlərə və yanacaqdoldurma məntəqələrinə yola salınan məhsullara nəzarət həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi