Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağındakı 1 178 nömrəli quyuda qazma işlərinə başlayıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
"Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qırməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 590 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4-5 ton neft hasil olunacağı nəzərdə tutulur.